Prezidentlər Türkiyəyə qaz nəqlini müzakirə ediblər

Prezidentlər Türkiyəyə qaz nəqlini müzakirə ediblər
  05 Avqust 2022    Oxunub:1191
Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünü müzakirə ediblər və qismən rublla ödəniş barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarına əsasən bildirib.

"Mühüm komponent, Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr həcmində qazın tədarükü oldu. Danışıqlar zamanı prezidentlər razılaşdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik". Novak bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti