İranda qadınların reklamlara çəkilməsi qadağan edilib - VİDEO

 İranda qadınların reklamlara çəkilməsi qadağan edilib -  VİDEO
  07 Avqust 2022    Oxunub:561
İran hökuməti dondurma yeyən qadın videosundan sonra xanımların reklamlara çəkilişini qadağan edib.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, ilk baxışdan sözügedən videoda ciddi qayda pozuntusu nəzərə çarpmır.

Görüntülərdə başörtülü bir xanım maşın sürür və dondurma yeyir. Lakin səlahiyyətlilərin fikrincə, bu reklam çarxı “sosial ədəb qaydaları ilə ziddiyyət təşkil edir” və “qadın dəyərlərinə xələl gətirir”.

Nazirlik bildirib ki, iranlı qadınların reklam çarxlarında çəkilməsinə qadağa qoyulması qərarının milli "iffət” qanunlarını gücləndirmək məqsədilə qəbul edilib. Xüsusilə, qadınların "istifadəsini" qadağan edən yerli qanuna istinad edilib.



AzVision.az

Teqlər:







Xəbər lenti