İslami Cihad İsraillə atəşkəsi təsdiqlədi

   İslami Cihad İsraillə atəşkəsi təsdiqlədi
  07 Avqust 2022    Oxunub:799
Fələstinin “İslami Cihad” qruplaşması İsraillə barışıq əldə etdiyini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti "İslami Cihad"ın nümayəndəsi Məhəmməd əl-Hindiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər “bir müddət əvvəl” atəşkəs sazişinin mətni ilə bağlı razılığa gəliblər. Sənəddə xüsusilə qeyd olunur ki, Misir İslami Cihadın həbsdə olan lideri Bassam əs-Səadinin azad edilməsi üçün səy göstərməyə borcludur.

İslami Cihadın nümayəndəsi onu da bildirib ki, Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs saat 23.30-da qüvvəyə minəcək. O əlavə edib ki, bunu tərəflərlə danışıqlar aparan misirli vasitəçi elan etməlidir.

Bundan əvvəl İsrailin baş naziri Yair Lapid yəhudi dövləti ordusunun hərbi əməliyyatı zamanı hədəflərə çatdığını açıqlamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti