Ukrayna limanlarından daha iki gəmi yola düşdü

Ukrayna limanlarından daha iki gəmi yola düşdü
  08 Avqust 2022    Oxunub:664
Kənd təsərrüfatı məhsulları daşıyan daha 2 gəmi bu gün Ukrayna limanlarından yola düşüb.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İtaliyaya 11 min ton soya daşıyan МВ SACURA gəmisi və Türkiyənin İskəndərun limanına 48 min 458 ton qarğıdalı daşıyan MV ARIZONA gəmisi Ukraynanın Yujnıy və Çernomorsk limanlarından yola düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti