"Zaporojye AES-ə hücum intihar aktıdır" - Quterreş

   "Zaporojye AES-ə hücum intihar aktıdır" -    Quterreş
  08 Avqust 2022    Oxunub:1005
BMT-nin baş katibi Antonio Quterreş Tokioda keçirdiyi mətbuat konfransında çıxışı zamanı Zaporojye Atom Elektrik Stansiyasına(AES) olan hücumları pisləyib. AzVision.az xəbər verir ki, o, AES-ə olan hücumların dayandırılacağına ümid etdiyini söyləyib.
- Atom elektrik stansiyasına hücumlar intihar aktıdır. Ümid edirik ki, bu əməliyyatlar dayanacaq. Eyni zamanda biz MAQATE-nin stansiyaya giriş əldə etməsini istəyirik. Və ona da ümid edirik ki, o, öz səlahiyyətlərindən istifadə edə biləcək, - Quterreş deyib.

Qeyd edək ki, "Enerqodar" səlahiyyətliləri bəyan etmişdilər ki, Zaporojye AES-ə "Uraqan" MLRS-dən zərbə endirilib. Stansiyanın işlək enerji blokundan təxminən 400 metr aralıya raket fraqmentlər və mühərriki düşüb. Əgər AES-ə endirilən zərbələr enerji blokunun zədələnməsi ilə nəticələnərsə, nəinki Ukraynanın, Avropanın, hərra Asiyanın yüz minlərlə sakininin həyatını ciddi təhlükə yaranacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti