Qarabağda daha 236 mina aşkarlandı

 Qarabağda daha 236 mina aşkarlandı
  08 Avqust 2022    Oxunub:784
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan AzVision.az -a bildirilib ki, avqustun 1-dən 6-na qədər qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 204 piyada əleyhinə mina, 32 tank əleyhinə mina və 29 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 697 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

AzVision.az



Teqlər: Mina  





Xəbər lenti