Azərbaycana ən çox turist Rusiyadan gəlib

   Azərbaycana ən çox turist Rusiyadan gəlib
  08 Avqust 2022    Oxunub:524
Ötən ay ölkəyə gələn turistlərin sayı açıqlanıb.
Dövlət Turizm Agentliyindən AzVision.az -a bildirilib ki, iyulda Azərbaycana 193 416 əcnəbi səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 131 faiz çoxdur. Belə ki, ötən ilin iyulunda ölkəyə 83 656 xarici turist gəlib. Bu ilin yanvar-iyul ayları ərzində isə ölkəyə 832 186 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 128 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin ilk 7 ayında ölkəyə 365 473 xarici turist səfər etmişdi.

Ən çox turist isə Rusiya (60,2 min), Səudiyyə Ərəbistanı (26,9 min), Türkiyə (22,6 min), İran (13,5 min) və Pakistandan (7,3 min) gəlib. Ziyarətçilərin regionlar üzrə payı Rusiya üzrə 31,1, Yaxın Şərq üzrə 25,4, Asiya ölkələri üzrə 12,4, Avropa üzrə 7,2, İran üzrə 7, digər ölkələr üzrə isə 1,7 faiz olub.

Qeyd edək ki, pandemiyadan öncəki illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı hələ də 46 faiz azdır. Belə ki, 2019-cu ilin iyulunda ölkəyə 365 153 ziyarətçi gəlmişdi. Həmçinin 2019-cu ilin yanvar iyul aylarında isə gələnlərin sayı (1 774 877) bu ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz çox olub.

AzVision.az

Teqlər:







Xəbər lenti