“Warner Bros.” kino şirkətinin səhmləri çöküb

“Warner Bros.” kino şirkətinin səhmləri çöküb
  08 Avqust 2022    Oxunub:1075
“Warner Bros. Discovery”nin borclar və zərərlər haqqında hesabatı KİV-lərdə dərc edildikdən sonra şirkətin səhmləri kəskin şəkildə çöküb.
Şirkətin ümumi borcu 53 milyard dollar təşkil edir. “Warner Bros. Discovery”nin bu il 518 milyon dollar itirəcəyi və davamlı maliyyə itkilərinin pik həddə çatacağı gözlənilir. Bu səbəbdən şirkət rəhbərliyi xərcləri ən azı 3 milyard dollar azaltmaq və investorların vəsaitlərini əvvəlkindən daha ehtiyatlı xərcləmək planlarını təsdiqləyib.

Şirkətdən verilən məlumata görə, “Warner Bros.” həmçinin əsas işçilərin ixtisarına da hazırlaşır. Qeyd edək ki, kino şirkətinin maliyyə itkiləri üzrə 3,4 milyard dollarlıq xalis zərəri artıq təsdiqlənib.

AzVision.az



Teqlər:





Xəbər lenti