Peskov Putin-Zelenski görüşünün nə vaxt mümkün olacağını açıqladı

   Peskov Putin-Zelenski görüşünün nə vaxt mümkün olacağını açıqladı
  08 Avqust 2022    Oxunub:827
Rusiya prezidenti Vladimir Putinlə Vladimir Zelenski arasında görüş yalnız danışıqlar aparan nümayəndə heyətinin bütün ev tapşırıqlarını yerinə yetirməsindən sonra mümkündür. Ona görə də belə bir görüş üçün hələlik heç bir ilkin şərt yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov hazırda Ərdoğanın qeyd etdiyi görüş üçün lazımi ilkin şərtlərin olmadığını deyib.

Peskov vurğulayıb ki, Kreml Türkiyə prezidentinin Rusiya və Ukrayna arasında danışıqlar prosesini təşkil etmək səylərini yüksək qiymətləndirir, lakin ukraynalı müzakirəçilərdən ibarət nümayəndə heyəti “radardan çıxıb”.

Xatırladaq ki, bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinə Zelenski ilə görüş təşkil etməyi təklif etdiyini bildirmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Peskov   Zelenski  





Xəbər lenti