Aşurada 1 893 nəfər qan verib

Aşurada 1 893 nəfər qan verib
  08 Avqust 2022    Oxunub:1022
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən avqustun 8-də - Aşura günündə Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyaları keçirilib.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, saat 08:00-dan 18:00-a qədər davam edən aksiyada 1 893 nəfər qan verib. Bakı şəhəri üzrə bu rəqəm 1 295 olub.

Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində isə ümumilikdə 598 nəfər qan verib.

AzVision.az



Teqlər:





Xəbər lenti