Paşinyan Putinə zəng etdi

   Paşinyan Putinə zəng etdi
  08 Avqust 2022    Oxunub:1020
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Rusiya və Ermənistan liderləri Qarabağdakı vəziyyəti, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

“Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiq edilib”, - məlumatda qeyd olunur. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.


AzVision.az



Teqlər:





Xəbər lenti