Ceyhun Bayramov: "Beynəlxalq normaların tətbiqində ciddi nöqsanlar var"

      Ceyhun Bayramov:    "Beynəlxalq normaların tətbiqində ciddi nöqsanlar var"
  08 Avqust 2022    Oxunub:944
"Bu gün qardaş Türkiyənin beynəlxalq ədalətin təmin edilməsində gördüyü işlər bütün dünyaya nümunədir".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib. Son illər beynəlxalq normaların tətbiqində ciddi nöqsanların olduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, beynəlxalq hüquq təcrübəsi mövcud beynəlxalq sistemə inamı sarsıdıb.

“500 illik irsə malik Türkiyə diplomatiyası və sizin (Türk diplomatların-red) əldə etdiyiniz uğurlar ölkənizin beynəlxalq aktorluğunu günü-gündən artırıb. Dünyanın 5-ci ən böyük diplomatik şəbəkəsi Türkiyəni bu gün daha da güclü edib.

Türkiyə diplomatiyada innovasiyaların inkişafında lider ölkəyə çevrilib. Biz Türkiyənin diplomatiyada mərkəzi və lider ölkəyə çevrilməsini alqışlayır və sizin uğurunuzu uğurumuz hesab edirik", - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti