İrəvan faşizmdən kommunizmə qayıdır? - FOTOLAR

İrəvan faşizmdən kommunizmə qayıdır? -    FOTOLAR
  10 Avqust 2022    Oxunub:1928
Ermənistanda Sovet ideologiyası, leninçiliyə qayıdışla bağlı təhlükəli tədbirlər görülür. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Gümrüdə anti-Putin aksiyası - FOTOLAR
Saytlar həyəcan təbili çalaraq politoloq Robert Qevondyanın üzə çıxardığı faktları təqdim ediblər.

Qevondyan özü isə ölkəsinə basdırılmış təhlükəli "ideoloji minalar"ın üzə çıxmasını belə şərh edib: “Təəccüblənməyin, bura Ermənistandır. Fotolar Quqarkdakı(Böyük Qarakilsə-red.) düşərgədə çəkilib. Yazıq uşaqların çoxu heç başa düşmür ki, onların ruhlarına nə tələlər qurulub... Belə bir biabırçı təşkilatçılıq, tədbir, nümayişlə üzləşdiyimə görə təəssüflənirəm. Ermənistan Respublikasının hakimiyyəti, parlament müxalifəti, parlamentdənkənar qüvvələr sizə səslənirəm. Bu anti-erməni mənfurluğuna qarşı deyəcək sözünüz varmı?".

Sosial şəbəkələrin erməni seqmentində ciddi müzakirələrə səbəb olan bu fotolara şərh yazan bəzi ictimai fəallar isə iddia ediblər ki, guya məlum fotolar hansısa filmin çəkilişindəndir.

Qeyd edək ki, Ermənistanda son zamanlar anti-Rusiya əhvalı da güclənib.
Bu günlərdə Gümrüdə Rusiya lideri Vladimir Putin və ümumilikdə Moskvanın müharibə siyasətini pisləyən etiraz aksiyası keçirilmişdi.







Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Düşərgə   Rusiya  





Xəbər lenti