Filippin Rusiyadan “Mi-17” helikopterinin alınması ilə bağlı müqaviləni ləğv edir

Filippin Rusiyadan “Mi-17” helikopterinin alınması ilə bağlı müqaviləni ləğv edir
  10 Avqust 2022    Oxunub:949
Filippin Rusiyadan 16 ədəd “Mi-17” helikopterinin alınması ilə bağlı müqaviləni ləğv etmək qərarına gəlib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Filippinin Milli Müdafiə Nazirliyinin nümayəndəsi Arsenio Andolonq bildirib.

Onun sözlərinə görə, ölkə bununla bağlı rəsmi Moskva ilə diplomatik dialoqa başlamağa hazırlaşır.

Xatırladaq ki, iyulun sonunda Filippinin keçmiş milli müdafiə naziri Delfin Lorenzana bildirib ki, ölkə hökuməti ABŞ-ın sanksiyalarından ehtiyat edərək Rusiya helikopterlərini almaqdan imtina etmək qərarına gəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti