"Surmalu faciəsi"ndə yeni detal: Mağazada 4 ton partlayıcı maddə saxlanılıb

   "Surmalu faciəsi"ndə yeni detal:    Mağazada 4 ton partlayıcı maddə saxlanılıb
  16 Avqust 2022    Oxunub:1026
Surmalu ticarət mərkəzində dörd tona qədər partlayıcı maddə saxlanılırmış. Bu barədə Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan məlumat verib.
İrəvan "Surmalu" hadisəsinə görə matəm elan etdi
"Üç gündür işləyirik. İki gündür ki, kiçik partlayışların şahidi oluruq, lakin güclü külək şəraitində belə alov yoxdur. Bu, təhlükəli materialların olmadığını deməyə əsas verir,"- nazir deyib.

Pambuxçyan fikirlərinə onu da əlavə edib ki, ticarət mərkəzinin daxili ərazisinin 50-60%-i təmizlənib, anbarlarda heç nə qalmayıb və yeni partlayış təhlükəsi yoxdur.

Qeyd edək ki, avqustun 14-ü günorta saatlarında İrəvanın “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 16 nəfər ölüb, 3 nəfər itkin düşüb, 62 nəfər xəsarət alıb, 7 nəfər isə müxtəlif tibb məntəqələrində müalicə olunur. Partlayışın atəşfəşanlıq üçün partlayıcılar satılan mağada başladığı deyilir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   İrəvan  







Xəbər lenti