Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edildi

 Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edildi
  17 Avqust 2022    Oxunub:1240
Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.
Bu barədə AzVision.az- a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 15-də paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində Niyaməddin Muradovun qəsdən öldürülməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif olunub.

Cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Bəxtiyar Qarayevin cinayət əməli sübuta yetirilərsə, onu on dörd ildən iyirmi ilədək müddətə, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, qətlə yetirilən Niyaməddin Muradov Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti