Rusiya Ermənistana nota verdi

      Rusiya Ermənistana nota verdi
  17 Avqust 2022    Oxunub:1162
Rusiya Ermənistana nota verib. AzVision.azxəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfirliyi məlumat yayıb.
Qeyd edilir ki, səfirliyi yerli informasiya məkanında Moskvaya qarşı saxta ittihamlarla şişirdilmiş anti-Rusiya xəbərlərinə görə Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

"Surmalu faciəsi"ndə yeni detal: Mağazada 4 ton partlayıcı maddə saxlanılıb
“Biz yerli informasiya məkanında şişirdilmiş, bizim avqustun 14-də "Surmalu" ticarət mərkəzində baş vermiş faciədə iştirakımıza dair Rusiya strukturlarına qarşı küfr və saxta ittihamları özündə əks etdirən həyasız məlumatlardan hiddətlənirik”, - diplomatik nümayəndəliyin bəyanatında deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, "Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”.

Səfirlik xatırladıb ki, Rusiya-Ermənistan Humanitar Mərkəzində təmsil olunan Moskva mütəxəssisləri ilk dəqiqələrdən faciənin nəticələrinin aradan qaldırılması işlərinə cəlb edib.

Qeyd edək ki, bundan əvvəl “Sasna Tsre” siyasi qrupu sosial mediada belə iddialarla çıxış etmişdi.

Xatırladaq ki, avqustun 14-ü günorta saatlarında İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, 62 nəfər yaralanıb, daha iki nəfər isə itkin sayılır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Nota  





Xəbər lenti