Polkovnik video yayılmamışdan bir neçə gün əvvəl özü işdən çıxıb

 Polkovnik video yayılmamışdan bir neçə gün əvvəl özü işdən çıxıb
  17 Avqust 2022    Oxunub:1079
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin bir neçə vəzifəli şəxsinin intim xarakterli görüntüləri yayılıb. Artıq məsələ ilə bağlı ilk rəsmi açıqlama da verilib. Baş Prokurorluq qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlayaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verməklə zəruri prosessual hərəkətlər yerinə yetirir.
AzVision.az xəbər verir ki, "Qafqazinfo" hadisə ilə bağlı yeni məlumatlar əldə edib. Videoda yer alan və qadınları çəkmək üçün otağına əvvəlcədən kamera yerləşdirdiyi iddia edilən polkovnik Zaur Mirzəyev görüntülər ictimailəşməmişdən bir neçə gün əvvəl, daha dəqiq isə avqustun 8-i öz istəyi ilə işdən azad olunub.

O, istefa verənə qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi olub.

Eyni zamanda, görüntülənən qadınlarla bağlı da FHN-də bu gün iclas keçiriləcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti