Trampın keçmiş işçiləri məxfi sənədlərə görə dindirilib

   Trampın keçmiş işçiləri məxfi sənədlərə görə dindirilib
  17 Avqust 2022    Oxunub:862
Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri məxfi sənədlərlə bağlı ABŞ-ın sabiq prezidenti Donald Trampın dövründə işləmiş Ağ Evin iki keçmiş məmuru, məsləhətçi Pet Cipollon və onun müavini Patrik Filbini dindiriblər.
Bu barədə The New York Times xəbər verir. Söhbət Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki malikanəsində axtarışlar zamanı tapılan sənədlərdən gedir. Qəzet yazır ki, bu iş üzrə artıq eks-prezidentin dövründə işləmiş ümumilikdə 8 nəfər dindirilib.


AzVision.az



Teqlər:





Xəbər lenti