Rus qızının İrəvan metrosunun tunelindəki çəkilişi narazılıq yaratdı

   Rus qızının İrəvan metrosunun tunelindəki çəkilişi narazılıq yaratdı
  17 Avqust 2022    Oxunub:886
Ermənistanda metro stansiyaları, tunellərin yüksək səviyyədə qorunmaması ilə bağlı yeni faktlar aşkarlanıb. AzVision.az xəbər verir ki, bu günlərdə rusiyalı bir qız istifadə olunmayan metro tunellərindən birinə rahat şəkildə daxil olartaq orada çəkilişlər aparıb.
İrəvan metrosu terror xəbərdarlığına görə fəaliyyətini dayandırdı
Daha sonra o, tunelin görüntülərini sosial şəbəkələrdə paylaşıb. Erməni mediası isə yazır ki, İrəvan o qədər xaosa çevrilib ki, dünyanın hər yerində bir nömrəli mühafizə obyekti kimi təqdim oluanan metrolar, onun hətta istifadə edilməyən, tikilməkdə olan tunelləri Ermənistanda az qala magistral yola bərabər tutulur.

İctimai fəal Artem Poqosyan da hökuməti qınayaraq deyib: “Bəyəm istifadə olunmayan metro tunellərinin girişlərini bağlamaq çətin məsələ idi? Belə məsuliyyətsizliklərin nəticəsidir ki, indi hansısa rus qızı içəri girə bilib videolar çəkərək İnstaqramda yerləşdirir. Yoxsa metro strateji obyekt sayılmır? Yoxsa stansiya keçidlərində müasir skan sistemi quraşdırmaq çox bahadır? Xeyr, bu istək məsələsidir.
Sadəcə olaraq, dövlət quruluşunun üslubu belədir ki, onlar öz xalqı qarşısında sıfır məsuliyyət daşıyırlar. Müharibə zamanı da eyni davranışlar sərgilənirdi".
O qeyd edib ki, az qala hər həftə terror təhlükəsinə görə metronu 50 dəfə bağlamaqla problemi həll edə bilməyəcəklər. İstifadə edilməyən, tərk edilmiş tunellərin çıxış və girişlərini betonlamaq lazımdır.

Xatırladaq ki, son günlər İrəvan metrosunda bir neçə dəfə terror həyəcanı yaşanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Metro  





Xəbər lenti