“Kreml narahatdır”: Britaniya kəşfiyyatı Krımın əhəmiyyətindən yazdı

      “Kreml narahatdır”:    Britaniya kəşfiyyatı Krımın əhəmiyyətindən yazdı
  17 Avqust 2022    Oxunub:1232
Kreml Krımdakı hərbi bazalarda baş verən partlayışlardan narahatdır. AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatı məlumat yayıb.
"Krımdakı partlayışı Ukraynanın elit bölməsi törədib" - The New York Times
"Cankoy və Qvardeyskoye Rusiyanın Krımda ən mühüm iki hərbi aerodromu sayılır. Cankoy eyni zamanda Rusiyanın Ukraynanın cənubundakı əməliyyatlarına dəstəkdə mühüm rol oynayan əsas avtomobil və dəmir yolu qovşağıdır. Bu hadisələrin səbəbi və miqyası dəyən zərər hələlik aydın deyil. Lakin Rusiya komandanlığı, çox güman ki, işğal üçün arxa cəbhə kimi fəaliyyət göstərən Krımda təhlükəsizliyin açıq-aşkar pisləşməsindən getdikcə daha çox narahat olacaq", - hərbi icmalda yazılıb.

Xatırladaq ki, bu günlərdə Krımda iki güclü partlayış baş verib. Cankoy yaxınlığındakı partlayışlarla bağlı əvvəlcə "elektrik yarımstansiyasında yanğın olub" xəbəri yayıldı. Krım Tatar Xalqı Məclisinin rəhbəri Refat Çubarov isə bəyan etdi ki, Cankoy rayonunun Azovskoye kəndində Rusiyaya məxsus hərbi hissə yanıb.

Sonradan Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayaraq sursatların müvəqqəti saxlanması üçün ayrılmış ərazidəki hərbi hissədə "yanğın" baş versiyini təsdiqlədi. Moskva həmçinin partlayışları təşkil olunmuş təxribatın nəticəsi kimi qiymətləndirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Krım   Kəşfiyyat   Kreml  





Xəbər lenti