Azad olunan Şuşada ilk nişan - FOTOLAR

   Azad olunan Şuşada ilk nişan -    FOTOLAR
  17 Avqust 2022    Oxunub:722
Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində maraqlı anlar yananıb.
AzVision.az xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 30 ildən sonra ilk evlilik təklifi olub.

Diaspor gənləri evlilik üçün ilk addımlarını atıblar. Belə ki, Litvada yaşayan azərbaycanlı gənc Samir Kaşıyev Finlandiyada fəaliyyət göstərən Şəfiqə Qasımzadəyə evlilik təklifi edib. Gənc xanım bu təklifi müsbət qiymətləndirib.

Dünyanın dörd bir yanından Şuşaya gələn azərbaycanlı gənclər cütlüyün sevincinə şərik olublər.

Şuşada evliliyə ilk addımı atan gənclərə yeni sevgi hekayələrində xoşbəxtliklər arzu edirik!.











AzVision.az

Teqlər:







Xəbər lenti