Kalininqrad yaxınlığında "Kinjal"lı qırıcılar yerləşdirildi - VİDEO

   Kalininqrad yaxınlığında "Kinjal"lı qırıcılar yerləşdirildi -   VİDEO
  18 Avqust 2022    Oxunub:976
Avqustun 18-də Rusiya Kalininqrad vilayətindəki Çkalovsk aerodromuna “Kinjal” raketləri ilə silahlanmış üç səsdən sürətli “MiQ-31” təyyarəsi yerləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Keçmiş komandan: “Kalininqrad Polşa ərazisidir”
Bu addımın “əlavə strateji çəkindirmə tədbirlərinin bir hissəsi kimi” atıldığı iddia edilir.

Rusiya Müdafiə Nazirliyi bəyan edir ki, "kinjallar" düşmənin hər hansı hava hücumundan müdafiə və raket əleyhinə vasitələrinə qarşı görünməz və toxunulmazdırlar.

Bildirilir ki, qeyd olunan ərazidə MiQ-31 gecə-gündüz döyüş növbətçiliyində olacaq.

Xatırladaq ki, Polşa Kalininqrad vilayəti ilə sərhəddə xüsusi müşahidə sistemi qurmaq qərarına gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Polşa   Raket  





Xəbər lenti