Xızıda sirkə turşusu içən 67 yaşlı kişi öldü

   Xızıda sirkə turşusu içən 67 yaşlı kişi öldü
  18 Avqust 2022    Oxunub:915
Xızıda 65 yaşlı kişi sirkə turşusundan zəhərlənərək ölüb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 16-sı saat 21 radələrində Xızı rayonunun Türkoba kənd sakini, 1955-ci il təvəllüdlü Alı Rzayevin yaşadığı evdə sərxoş vəziyyətdə sirkə turşusu içməsi səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti