ABŞ Ukraynaya daha 800 milyonluq yardım ayıracaq

ABŞ Ukraynaya daha 800 milyonluq yardım ayıracaq
  19 Avqust 2022    Oxunub:1006
ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır və bu paket avqustun 19-u cümə günü elan edilə bilər.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ Prezidenti Cozef Baydenin səlahiyyətləri yardım ayırmaq üçün istifadə olunacaq və ona Amerika arsenalından silah ötürməyə imkan verəcək.

Eyni zamanda, mənbələrdən biri yardım elanının gələn həftəyə qədər təxirə salına biləcəyini istisna etməyib. Həmçinin paketin son qiyməti də bir qədər dəyişə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti