Kiyevin "rəqəmsal qala"sı: Britaniya kəşfiyyatının rəhbəri müharibə sirlərini açdı

     Kiyevin "rəqəmsal qala"sı:    Britaniya kəşfiyyatının rəhbəri müharibə sirlərini açdı
  19 Avqust 2022    Oxunub:1086
Rusiyanın Ukraynaya hücumundan altı ay sonra Moskva kiberməkanda öz yerini tuta bilməyib. AzVision.az xəbər verir ki, bunu Britaniya kəşfiyyat xidmətinin rəhbəri Ceremi Fleminq “The Economist” üçün yazdığı məqalədə yazıb.
Qurudakı hücum və işğal əməliyyatlarında olduğu kimi, Rusiyanın ilkin onlayn planları da uğursuzluğa düçar olmuş kimi görünür. Ölkənin aqressiv kiber alətlərdən istifadə etməsi məsuliyyətsiz göründü.

Kiyevə gizli şəkildə təhlükəli raketlər verilib: Ruslar HARM-dan niyə çəkinirlər?
"İndi prezident Putin Ukraynada və Qərbdəki informasiya müharibəsində tamamilə uduzub. Bu, sevinməyə səbəb olsa da, biz Rusiyanın dezinformasiyalarının dünyanın digər yerlərində necə işlədiyini qiymətləndirməyə bilmərik", - Fleminq məqalədə yazıb.

Britaniyanın kəşfiyyat xidmətinin rəhbəri qeyd edib ki, dünyanın ən çox əhalisi olan ölkələrinin çoxu BMT-nin Rusiyanı işğala görə qınamaq tələbi ilə razılaşmayıb. O vurğulayıb ki, bu yerlərdə ictimai rəyə Rusiyadan gələn məlumatlar daha çox təsir edir.

O həmçinin yazıb ki, Rusiya və Ukrayna arasında gedən və insanların düşüncələrinə təsir edən aktiv kibermübarizə hazırda davam edən müharibə qədər qəddar və dağıdıcıdır.

Baş kəşfiyyatçı fikirlərinə onu da əlavə edib ki, Rusiya hərbi kəşfiyyatı qonşu ölkəyə hücumdan bir ay əvvəl Ukraynanın hökumət sistemlərini məhv etmək və ya sıradan çıxarmağa hesablanmış zərərli "WhisperGate"dən yararlanmağa başlayıb.

Həmçinin Ukrayna işğalına başlanmazdan bir saat əvvəl Rusiya Kiyev ordusu, hökuməti və mülki şəxslərin istifadə etdiyi "ViaSat" peyk şəbəkələrini hədəfə alıb. Bu hücum qonşu ölkələrə də mənfi təsir edib, külək stansiyalarından internetə çıxışa qədər bir sıra xidmətlərə ziyan vurub.

Lakin birgə səylərlə bu problemlər tez bir zamanda aradan qaldırılıb.

Fleminq deyib ki, internet dezinformasiyaları tez bir zamanda Ukraynada və onun hüdudlarından kənarda çaşqınlıq və xaosa səbəb olmağa hesablanmış Rusiya kampaniyalarının əsas hissəsinə çevrilib. Moskva daha əvvəl Suriya və Balkanlar da daxil olmaqla bu ssenaridən istifadə edib. O, informasiya mənbələrinə inamsızlıq yaratmaq, Ukraynanın hərəkətlərini təhrif etmək və Rusiyanın məlum davranışlarının səbəbləri barədə yalan xəbərlər dərc etmək üçün nəzərdə tutulub.

O əlavə edib ki, Rusiyanın kibermüharibə planları həm də ona görə iflasa uğrayıb ki, Ukrayna son dərəcə təsirli kibermüdafiəçiyə çevrilib. Çünki 2014-cü ildə Krımın ilhaqından sonra Kiyev səylə “rəqəmsal qala” qurmağa və onu inkişaf etdirməyə çalışır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Kəşfiyyat  





Xəbər lenti