Əkizləri sevən "ölüm mələyi": 750 qadını birdən öldürüb

  Əkizləri sevən "ölüm mələyi":    750 qadını birdən öldürüb
  20 Sentyabr 2022    Oxunub:901
Tibb üzrə fəlsəfə doktoru, Alman tibb alimi Yosef Mengele 1911- ci il martın 16-da Almaniyada anadan olub. O, İkinci Dünya Müharibəsi illərində konslagerlərdə əsirlər üzərində apardığı amansız tibbi təcrübələri ilə dünyanın yaddaşında qalıb. Yengele düşərgəyə gələn məhbusların seçilməsində şəxsən iştirak edib. On minlərlə insan onun qurbanı olub...
Yosef Mengele Karl Mengele və Valburga Hupfauerin çox varlı ailəsinin böyük oğlu idi.Onun Alois və Karl adlı iki kiçik qardaşı var idi. Yosefin atası kənd təsərrüfatı avadanlıqları istehsal edən "Mengele və oğlanları" adlı şirkətin qurucusu idi. Oğlanı hökmlü və tələbkar qadın olan anası tərbiyyə edib. Ata Karl oğlunun onun yolunu davam etdirəcəyinə və şirkətə rəhbərlik edəcəyinə ümid edirdi, lakin oğlan çox məqsədyönlü idi.Həmin dövrdə Bavariya nasional-sosializmin istinadgahı sayılırdı və Yosef Hitlerin almanların irqi üstünlüyü haqqında fikirlərindən ilhamlanaraq, həkim olmağa və Vətənin rifahı üçün çalışmağa qərar verib. 1932-ci ildə Yosef nasist təşkilatına qoşulub, ancaq səhhətindəki problemlərə görə təşkilatı tərk edib. Münhen, Vyana və Bonn Universitetlərində tibb və antropologiya üzrə təhsil alıb. Doktorluq dissertasiyasının (1935) mövzusu "Çənənin quruluşunda irqi fərqlər" idi. 1938-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Elə həmin ildə nasist partiyasına qoşulan Mengele 1940-cı ildə "Vikinq" tank diviziyasının tərkibində hərbi həkim kimi xidmət edir. O, İki tankçını yanan tankdan xilas etdiyinə görə "Dəmir Xaç" mükafatını alıb.



Mengele 1942-ci ildə Şərq cəbhəsində yaralanıb və orduda xidmətə yararsız elan edilib. Sağaldıqdan sonra 24 may 1943-cü ildə Osventsimdəki "qaraçı düşərgəsinin" həkimi vəzifəsini alıb. 1944-cü ilin avqustunda düşərgənin bu hissəsi bağlanıb və bütün məhbuslar qaz kameralarında öldürülüb. Bundan sonra Mengele Birkenauya (daxili düşərgələrindən biri) baş həkim təyin edilib.

Mengelenin işinin çox hissəsi məhbuslar üzərində təcrübələrdən, o cümlədən canlı körpələrin parçalanmasından ibarət idi. O, anesteziyadan istifadə etmədən oğlan və kişilərin kastrasiyasını edirdi. Qadınları dözümlülüyünü yoxlamaq üçün yüksək gərginlikli zərbələrə məruz qoyurdu. Bir dəfə o, rentgen şüalarından istifadə edərək bir qrup Polşa rahibəsini sterilizasiya etmişdi. Yosef bu lagerlərdə “Ağ mələk“ və ya “Ölüm mələyi“ adlarını qazanmışdı. İki milyon insan onun bircə göstərişi ilə ya öldürülür, ya da amansız işgəncələrə məruz qalıb ömürlük şikəst olurdu.

“Mengele içəri girdi. Narkoz verilmədən qarımı yardı və böyrəyimin birini kəsib əlinə götürdü. Böyrək onun əlində başı kəsilmiş toyuq kimi qıvrılırdı. Mən isə ağrıdan var gücümlə qışqırırdım", -deyir bu kanslagerdən sağ çımağı bacaran şəxs.



Ölüm düşərgəsində qapıda dayanan bu amansız qatil əlindəki qamçı ilə düşərgəyə yeni gələnlərə gedəcəkələri istiqaməti göstərirdi: “Sən sağa, sən sola...” Hansı tərəfin daha uğurlu olduğunu ayırd edə bilməyən günahsız qurbanlar ya birbaşa qaz otaqlarına, ya da əzabdan ağlını itirəcək dərəcəyə çatanadək qorxunc tibbi sınaqlara məruz qalacaqları otaqlara aparılırdı.

Düşərgəyə əkiz qurbanlar gətirildikdə onun dəhşət saçan gözlərində xüsusi bir parıltı yaranırdı. Əkizlər isə bir müddət sonra onların narkozsuz bədənlərinin yarılıb bir- birinə tikiləcəyindən, gözlərinə mənşəyi bilinməyən, dözülməz ağrılar bəxş edən dərmanlar töküləcəyindən xəbərsiz gah düşərgənin həyətindəki sürüşkənə, gah da Mengelenin məkrli gülüşünə baxıb aclıqdan, təqibdən qurtulduqlarına ümid edirdilər.

Rəngli gözlü, əkiz, sarışın qurbanlar birbaşa hədəf idilər və onların o cəhənnəmdən sağ, əlil çıxmaq şansları daha az idi. Ağrılardan qovrulan balalarını əlləri ilə öldürməyə məcbur olan analar balaları qaz otaqlarına göndərilən anaları daha şanslı hesab edirdi. Ölüm düşərgəsində tam söz sahibi olan həkim ona verilən “ Ölüm mələyi “ adına artıqlaması ilə layiq olduğunu həyata keçirdiyi dəhşət verici sınaqlarla sübut edirdi. Onun bircə göstərişi ilə saçında bit görünən 750 qadın birdən qaz otağına göndərilir və dəqiqələr içində həyatlarına son verilir.



“Ali “ irqi yaratmaq xülyası ilə qatil həkim konfet ilə uşaqları otaqlara aparırdı və parçalayıb gətirirdi. Düşərgənin həyətində çuxurlar qazdırıb onları diri -diri yandırıb kənardan məmnun- məmnun izləyirdi.

Faşistlərin məğlubiyyətindən sonra Mengele 1945-ci ilin aprelində əsgər qiyafəsində qərbə qaçıb. O, Nürnberq yaxınlığında hərbi əsir kimi saxlanılıb, lakin sonra şəxsiyyəti müəyyən edilmədiyi üçün sərbəst buraxılıb. O, uzun müddət Bavariyanın kəndlərindən birində gizlənib. Amma bir müddət sonra onun adı qəzetlərdə hallanmağa başlayıb. Və həmin an yəhudi olduğunu bəhanə edərək sərhədi keçməyə qərar verib. Ona inanırdılar, çünki Mengele cənublu almanlara mənsub idi: onun dərisi və saçları tünd idi. 1949-cu ildə Mengele siçovul izi sistemindən istifadə edərək Argentinaya köçüb. Argentinanın nasistləri məmnuniyyətlə qəbul etməsi də ona kömək edib.Buenos-Ayresdə Mengele bir neçə il qeyri-qanuni təbabətlə məşğul olub, “abort mütəxəssisi” kimi şöhrət qazanıb.1958-ci ildə gənc xəstənin ölümündən sonra o, məhkəmədə dindirilərək həbs olundu, lakin tezliklə azad edilib. 1958-1960-cı illərdə Mengele ailəsi ilə birlikdə Buenos-Ayresin ətrafı Visente Lopezdə alman pansionatında yaşayıb. Hətta MOSSAD da onu tutub məsuliyyətə cəlb etməkdə uğursuz olub.



Onun yaşadığı qəsəbədə illər sonra sürətlə yaşıl gözlü, sarı və düz saçlı, uzun boylu və arıq insanlar dünyaya gələməyə başlayır. Məlumdur ki, braziliyalılar qara dərili, qıvrım və qara saçlı, balaca boylu və nisbətən kök olurlar. Tədqiqatçılar yalnız onun yaşadığı ərazidə belə doğumların olmasını məhz işgəncə verən həkimin gizli fəaliyyəti ilə bağlayırlar .

O, 1979-cu il fevralın 7-nə qədər Braziliyada yaşayıb, okeanda çimərkən ikinci dəfə insult keçirib və boğulub. Adolf Eyhman adı ilə yaşayan Yosefin sözügedən psixopat həkim olması faktı 1985 -ci ildə onun qəbrinin açılması və qalıqlarının məhkəmə ekspertizasına təqdim olunduqdan sonra təsdiqini tapır.







Ləman Bağdad
AzVision.az

Teqlər:







Xəbər lenti