Azərbaycanda "Tiktok"un bağlanmasının səbəbi açıqlanıb

   Azərbaycanda    "Tiktok"un bağlanmasının səbəbi açıqlanıb
  21 Sentyabr 2022    Oxunub:1401
Azərbaycanda "Tiktok"un bağlanmasının səbəbi açıqlanıb.
AzVision.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında bunun insanların təhlükəsizliyi və yanlış məlumatlar almaması üşün atıldığını qeyd edib:

""Tiktok"un özünün alqoritmi var ki, orada hansı videoya baxılsa, ona uyğun kontentləri cəmləyib qarşınıza çıxardır. Yönəltmələri doğru və yanlış istiqamətdə asan olur. Siz orada bir doğru məlumata baxsanız, düşmən ölkə tərəfindən 10 yanlış məlumat sizə yönəldilir və siz həmin iformasiya qurbanına çevrilirsiniz. Eyni addımı düşmən ölkə də atmışdı. "Tiktok" risk daşıdığı üçün bu formada addım atılıb".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti