Peskovun oğlu hərbi komissarlığa getməkdən imtina etdi - VİDEO

   Peskovun oğlu hərbi komissarlığa getməkdən imtina etdi -    VİDEO
  21 Sentyabr 2022    Oxunub:1521
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolay Peskov hərbi komissarlığa getməkdən imtina edib.
AzVision.az xəbər verir ki, o, bu barədə "Youtube"da yayımlanan “Populyar siyasət” kanalının aparıcısı Dmitri Nizovtsevlə danışığında deyib.

Canlı yayım zamanı aparıcı Nikolay Peskovla əlaqə saxlayıb, özünü hərbi komissarlığın işçisi kimi təqdim edib və onu hərbi xidmətə “çağırıb”. Kreml nümayəndəsinin oğlu cavabında bu məsələni başqa səviyyədə həll edəcəyini bildirib.

“Əgər bilirsinizsə ki, mən cənab Peskovam, orada olmağımın nə dərəcədə düzgün olmadığını başa düşməlisiniz. Mən bunu başqa səviyyədə həll edəcəm. Mən ümumiyyətlə nə baş verdiyini və hansı hüquqlarım olduğunu başa düşməliyəm. Sabah məni aparmaq inanın, nə sizə, nə də mənə lazım deyil", deyə kiçik Peskov jurnalistə cavab verib.

Söhbətin sonunda Nizovtsev sorğu vərəqəsində Peskovun oğlunun könüllü olaraq cəbhəyə getməyə razılıq verdiyini qeyd etmək mümkün olub-olmadığını soruşub. “Xeyr, mənə belə işarə qoymağa ehtiyac yoxdur. Bax, mən getməyə hazıram, amma sənin istəyinlə yox, onlar mənə dedikləri kimi edəcəyəm”, - prezidentin mətbuat katibinin oğlu cavab verdi. Aparıcı bunun "Vladimir Vladimiroviçin sifarişi" olduğunu açıqlayanda Peskovun oğlu "Əgər Vladimir Vladimiroviç mənə ora getməli olduğumu desə, ora gedəcəm", deyə cavab verib.



AzVision.az



Teqlər:





Xəbər lenti