Azərbaycanda 1000-dən çox Türkiyə istehsalı dərman qeydiyyatdan keçib

 Azərbaycanda 1000-dən çox Türkiyə istehsalı dərman qeydiyyatdan keçib
  22 Sentyabr 2022    Oxunub:859
"Bu gün Azərbaycanda Türkiyəyə məxsus 1000-dən çox dərman vasitəsi qeydiyyatdan keçib".
AzVision.az  xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ölkədə fəaliyyət göstərən xəstəxanalarda Türkiyə istehsalı avadanlıqlar və tibbi ləvazimatlardan da istifadə olunur.

T.Musayev bildirib ki, Azərbaycan Tibb Universitetində (ATU) 700-dən çox türkiyəli tələbə və 10-a yaxın rezident təhsil alır. O üeyd edib ki, ATU Türkiyənin 20-yə yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti