Arutyunyanın həbsinə hazırlıq gedir - Vəkil dindirilmədən danışmaq istəməyib

      Arutyunyanın həbsinə hazırlıq gedir    - Vəkil dindirilmədən danışmaq istəməyib
  22 Sentyabr 2022    Oxunub:394
Ermənistanda növbəti dəfə orduya bağlı səs-küylü həbs reallaşa bilər. “Joğovurd” qəzetinin yaydığı məlumata görə indi hədəfə separatçıların keçmiş "müdafiə naziri" Cəlal Arutyunyan alınb.
“Qəzetimizin əldə etdiyi məlumata görə, Ermənistan Respublikası İstintaq Komitəsi Qarabağın keçmiş "müdafiə naziri" Cəlal Arutyunyana qarşı ittiham irəli sürdükdən sonra onu yenidən Xüsusi Vacib İşlər üzrə Departamentə dindirməyə çağırıblar. Əməkdaşımız keçmiş "nazir"in vəkili Arsen Sardaryandan məlumatı dəqiqləşdirməyə çalışsa da, o, mövzu ilə bağlı heç nə deyə bilməyəcəyini söyləyib.

Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR
Yeri gəlmişkən, redaksiyamıza daxil olan məlumata görə, Cəlal Arutyunyanın işi üzrə təhlükəsizlik xidmətinin də əməkdaşları dindirilib", - nəşr yazıb.

Xatırladaq ki, 44 günlük müharibə zamanı "ordu"ya rəhbərlik etmiş Cəlal Arutyunyana qarşı ittihamlardan biri Tsor hərbi hissəsinin 20 artilleriyaçısının həlak olması ilə bağlı məsələdir.

Müharibə zamanı ağır yaralanan və bu səbəbdən tutduğu vəzifədən uzaqlaşdırılan 47 yaşlı Cəlal Arutyunyana qarşı ittihamın digər hissəsi isə, məhz onun oktyabrın 7-dəki əməlləri nəticəsində erməni birləşmələrinin ağır zərbələr almasıdır. İddia olunur ki, keçmiş "nazir"in əks-hücum əməliyyatı zamanı canlı qüvvə və hərbi texnika itkiləri xeyli artı, ehtiyat bölmələr isə qeyri-döyüş vəziyyətinə düşdü. Nəticədə yeni atəş mövqeləri və torpaqlar Azərbaycanın nəzarəti altına keçib.

Xatırladaq ki, sentyabrın 10-da Harutda öldürülmüş erməni hərbçilərin 30-a yaxın valideyni Ermənistan İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyanla görüşü zamanı da Cəlal Arutyunyanın həbsini tələb etmişdilər. Həmin valideynlərin övladları 2020-ci il oktyabrın 11-də 73 nəfərdən ibarət məşhur bölüyün tərkibində döyüşüblər. Onlar Cəlal Arutyunyanın əmri ilə Ağdərədən artıq Azərbaycanın işğaldan azad etdiyi Hadrut qəsəbəsinə göndəriliblərmiş.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Həbs   Vəkil  







Xəbər lenti