Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirəcək
Borrelin sözlərinə görə, sanksiya siyahısına Donbass, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumların təşkilində iştirak edən şəxslər, həmçinin beynəlxalq hüququn digər pozuntularına görə məsuliyyət daşıyan ruslar daxil olacaq. Bundan əlavə, o qeyd edib ki, yeni sanksiyalar həm fərdi, həm də sektoral xarakter daşıyacaq.
Borrell həmçinin əlavə edib ki, Aİ xarici işlər nazirləri Ukraynaya silah tədarükünü davam etdirməyə razılaşıblar. Eyni zamanda o, yeni sanksiyalar siyahısına kimin daxil ediləcəyini və hansı hərbi yardımdan danışdığını dəqiqləşdirməkdən imtina edib.
Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri yekdilliklə yeni tədbirlərin görüləcəyi ilə bağlı fikirlərini bildirib. Agentliyin məlumatına görə, səkkizinci sanksiyalar paketi oktyabrın ortalarında təsdiq oluna bilər.
Yeni sanksiyalar paketinin təfərrüatları barədə daha əvvəl Politico qəzeti məlumat vermişdi. Nəşrin yazdığına görə, təklif edilən tədbirlər arasında Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulması, rusiyalı fiziki şəxslərə qarşı sanksiyalar siyahısının genişləndirilməsi, həmçinin Rusiya brilliantlarının və digər dəbdəbəli əşyaların idxalına qadağa da daxildir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: