İranda "Instagram" və "WhatsApp"a girişi məhdudlaşdırıldı

 İranda "Instagram" və "WhatsApp"a girişi məhdudlaşdırıldı
  22 Sentyabr 2022    Oxunub:839
İranda "Instagram" və "WhatsApp"a giriş məhdudlaşdırılıb. Bu barədə "Fars" agentliyi müvafiq orqanların qərarına istinadən məlumat yayıb.
Bildirilib ki, çərşənbə axşamından etibarən bu xidmətlərə giriş ciddi şəkildə məhdudlaşdırılıb.

Məhdudiyyətlərin nə qədər davam edəcəyi barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etiraz dalğası son bir neçə gündə səngimimir. Rəsmi versiyaya görə, sentyabrın 16-da baş örtüyü düzgün taxmadığına görə qız polis bölməsinə aparılıb və orada infarkt keçirib. İran ictimaiyyətinin məlumatına görə, Əminini polislər döyərək öldürüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti