Rusiyada səfərbərlik: Bir nəfər hərbi komissarlığın pəncərəsindən qaçıb

   Rusiyada səfərbərlik:    Bir nəfər hərbi komissarlığın pəncərəsindən qaçıb
  22 Sentyabr 2022    Oxunub:430
Rusiyada prezident Vladimir Putinin xalqa müraciətindən sonra qismən səfərbərlik başlayıb. Ancaq hər kəs heç də cəbhəyə gedib döyüşlərə qatılmağa həvəs göstərmir.
Amur vilayətinin Blaqoveşensk şəhərində vətəndaşlardan biri müharibədə öldürülməkdən o qədər qorxub ki, xidmətdən yayınmaq üçün özünü hərbi komissarlığın pəncərəsindən atıb.

"Səfərbərlik böhranı" böyüyür: Rusiya sərhədi bağlayacaqmı?
Rusiya mətbuatı bu hadisəni gülməli olay kimi təqdim etsə də əslində çağırışçılarla bağlı proseslərin belə cərəyan etdiyini yazanlar da var. Məlum olub ki, çağırışdan yayınan kişi ikinci mərtəbənin pəncərəsindən atıldığı üçün sağ qalıb.

"Səfərbərliyə alınan və çağırış komissiyasından qaçıb. Rusiyalı narazı vətəndaş işçilərin onu binadan geri buraxmayacağını, qaçmaq ehtimalının az olduğunu anladığı üçün ikinci mərtəbədən atlanıb. Həmin şəxs qaçmağa müvəffəq olub və hazırda axtarışdadır", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Rusiya   Səfərbərlik  







Xəbər lenti