Zas Baş Qərargah rəisi ilə sərhəddəki vəziyyəti müzakirə edib

  Zas Baş Qərargah rəisi  ilə sərhəddəki vəziyyəti müzakirə edib
  22 Sentyabr 2022    Oxunub:697
KTMT-nin baş katibi Stanislav Zas Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan ilə görüşüb. Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
"Ermənistan Respublikasının sərhədyanı rayonlarının bəzi ərazilərində vəziyyətin ətraflı müzakirəsi aparılıb. Biz hazırkı vəziyyətdə Təşkilatın gələcək mümkün tədbirlərini müzakirə etdik", - məlumatda deyilir.

Xatırladaq ki, KTMT-nin baş katibi Stanislav Zas sentyabrın 13-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına əsasən Ermənistana gəlib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti