Ermənistanda 44 günlük müharibədən qalan xeyli silah-sursat aşkarlanıb

   Ermənistanda 44 günlük müharibədən qalan xeyli silah-sursat aşkarlanıb
  22 Sentyabr 2022    Oxunub:910
Ermənistanda xeyli sayda silah-sursat tapılıb. AzVision.az xəbər verir ki, bu barədə "Mamul" saytı məlumat yayıb. Maraqlıdır ki, tapılan sursatlar 44 günlük müharibədən qalıbmış.
"Sentyabrın 20-də Qavar rayon polis şöbəsinin əməliyyat qrupu saat 19:30 radələrində daxil olmuş məlumat əsasında Gənzək qəsəbəsinə yola düşüb. Polis Abrahamyan küçəsində 41 yaşlı sakininin əlində silah olduğunu görüb və onu zərərsizləşdirmək istəyib. Lakin o, tapançadan havaya atəş açaraq qaçıb. Polis şübhəlini yaxalaya bilib. Gənzək sakini şöbəyə aparılıb və başlanmış cinayət işi çərçivəsində hadisə yerindən 5,45 mm-lik silah üçün 8 ədəd patron aşkar edilib.

Cinayətkarın evinin həyətində keçirilən baxış zamanı 1 ədəd AK tipli avtomat, 2 ədəd "Makarov" tipli tapança, 1 ədəd "Parabellum" tipli tapança, daraqlar və 1098 ədəd güllə aşkar edilib. Həmin şəxs tapılan silah-sursatın 44 günlük müharibə zamanı əldə etdiyini deyib", nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti