Ukrayna Viktor Medvedçuku Rusiyaya verdi

   Ukrayna Viktor Medvedçuku Rusiyaya verdi
  22 Sentyabr 2022    Oxunub:802
Ukrayna və Rusiya növbəti əsir mübadiləsini həyata keçirib.
Məlumata görə, bu dəfə Ukraynanın “Azov” alayının döyüşçüləri azad edilib. Mübadilə çərçivəsində keçmiş xalq deputatı, “Müxalifət Platforması - Həyat naminə” birliyinin liderlərindən biri Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib.

Kremlin mətbuat katibi Dmitri Peskov ukraynalı rusiyapərəst siyasətçi Viktor Medvedçukun mübadiləsi ilə bağlı məlumatları şərh etməyib.

Qeyd edək ki, dünən Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi baş verib. Türkiyə və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə həyata keçirilən əsir mübadiləsi zamanı Rusiyanın Ukraynaya “Azov” batalyonunun komandirləri də daxil olmaqla 200-dən çox, Ukraynanın isə qarşı tərəfə 55 nəfər əsir verdiyi açıqlanıb. Rusiyapərəst siyasətçi Viktor Medvedçukun da Rusiya tərəfinə verildiyi barədə məlumatlar yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti