Rusiyaya qarşı 8-ci sanksiyalar paketi oktyabrda hazır ola bilər

   Rusiyaya qarşı 8-ci sanksiyalar paketi oktyabrda hazır ola bilər
  22 Sentyabr 2022    Oxunub:220
Avropa İttifaqının Ukraynaya görə Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi oktyabr ayında hazırlana bilər.
Bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb. Qeyd olunub ki, yeni məhdudiyyətlər yenidən Rusiya iqtisadiyyatına və Ukraynadakı hərbi əməliyyatla əlaqəli insanlara yönəlib. Nəşrin fikrincə, enerji böhranı şəraitində Aİ-yə üzv dövlətlərin Moskvaya qarşı sanksiyalarla bağlı birliyə nail olması daha çətin ola bilər.

Belə ki, altıncı sanksiyalar paketi üzrə razılıq üçün dörd həftədən çox danışıqlar aparılıb. Odur ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin oktyabr ayında baş tutacaq Brüssel görüşünə yeni sanksiyalar hazır ola bilər.

AzVision.az

Teqlər:







Xəbər lenti