Ukrayna Israildən kəşfiyyat dəstəyi istədi

   Ukrayna Israildən kəşfiyyat dəstəyi istədi
  22 Sentyabr 2022    Oxunub:974
Ukrayna hökuməti İsraildən İranın Rusiya Silahlı Qüvvələrinə hərbi dəstəyi ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamasını istəyib. Bu barədə Axios yüksək rütbəli İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna tərəfi İranın “Shahed-136” pilotsuz təyyarələrinin döyüş bölgəsində görünməsi ilə bağlı xəbərlərdən xüsusilə narahatdır. Nəşrin həmsöhbətləri bildiriblər ki, Kiyev İsrail tərəfinə Yaxın Şərq problemlərinə dair xüsusi dialoq kanalı yaratmağı təklif edib.

Müvafiq təşəbbüs İsrail Xarici İşlər Nazirliyinin Avro-Asiya Departamentinin rəhbəri Simona Halperinin Kiyevə səfəri zamanı Ukraynanın Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndəsi Maksim Subx ilə danışıqları zamanı müzakirə olunub.

O, İsraili Ukraynaya hərbi yardım göstərməyə və Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmağa çağırıb.

Bundan əvvəl ABŞ ordusunun kapitanı Kem MakMillan İraqda ABŞ ordusuna qarşı istifadə edilən İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) hava hücumundan müdafiə sistemləri üçün çətin hədəf olduğunu bildirib.

Onun sözlərinə görə, “Shahed-136” pilotsuz təyyarələri partlayıcı yük daşıyır və birbaşa hədəfə doğru uçur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ukrayna   İsrail   İran  





Xəbər lenti