Məhkumlar karantin dövründə videogörüşlər keçirəcəklər

   Məhkumlar karantin dövründə videogörüşlər keçirəcəklər
  22 Sentyabr 2022    Oxunub:701
Azərbaycanda məhkumlar karantin rejimləri dövründə videogörüşlər keçirə biləcək.
AzVision.az xəbər verir ki, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliklə sənəd məhkumlara videogörüşlər keçirmək hüququn verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlər telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti