Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

   Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
  22 Sentyabr 2022    Oxunub:876
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı ABŞ-a səfərindən sonra rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparmaq niyyətində olduğunu açıqlayıb.
“Fevralın 24-dən biz Rusiyanı hər fürsətdə hərbi əməliyyatları dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırırıq, Səmərqənddəki son görüşümüzdə də bunu bir daha ifadə etdik. Biz həm Rusiya, həm Ukrayna rəhbərliyinə, həm də dünya liderlərinə sülhə yol açmaq üçün müxtəlif təşəbbüslərlə çıxış etmişik. Bundan sonrakı prosesdə də sülhün və sabitliyin təmin edilməsi üçün səylərimizi davam etdirəcəyik. Məsələn, (ABŞ-dan) qayıdan kimi dərhal liderlərə yenidən zəng edəcəyik və onlarla telefon diplomatiyamızı davam etdirəcəyik”, - Türkiyə prezidenti jurnalistlərə müsahibəsində deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti