Konstitusiya Məhkəməsi: "Apellyasiya qərarından şikayət və ya protestə təkrarən baxıla bilməz"

      Konstitusiya Məhkəməsi:    "Apellyasiya qərarından şikayət və ya protestə təkrarən baxıla bilməz"
  22 Sentyabr 2022    Oxunub:675
Konstitusiya Məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında apellyasiya qərarından şikayətə və ya protestə təkrarən baxılıb-baxılmaması barədə konstitusiya işini müzakirəyə çıxarıb.
AzVision.az xəbər verir ki, müraciətdə Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsi istənilib:

Konstitusiya Məhkəməsi rəylər və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Cinayət-Prosessual Məcəlləsinin 453.10-cü və 454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir.


Teqlər:





Xəbər lenti