Milli Məclis payız sessiyasına bir dəqiqəlik sükutla başladı

    Milli Məclis payız sessiyasına bir dəqiqəlik sükutla başladı
  30 Sentyabr 2022    Oxunub:369
Milli Məclisin payız sessiyası çərçivəsində ilk plenar iclası başlayıb.
AzVision.az xəbər verir ki, iclası spiker Sahibə Qafarova açıq elan edib.

Payız sessiyası Dövlət himninin səslənməsi ilə başlayıb.

Sessiyanın ilk iclasının gündəliyinə 30 məsələ daxil edilib.

Daha sonra Sahibə Qafarova Ermənistan genişmiqyaslı təxribatlar törətdiyini və Azərbaycan Ordusu tərəfindən görülən qətiyyətli tədbirlər nəticəsində bu təxribatların qarşısının qətiyyətlə alındığını bildirib. Sədr qeyd edib ki, bununla bağlı məsuliyyət Ermənistanın üzərinə düşür:

“Ermənistanın məqsədi azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə mane olmaqdır. Xahiş edirəm ki, sentyabrın 13-də şəhid olan hərbi qulluqçularımızın və eləcədə də I və II Vətən müharibəsində şəhid olan hərbi qulluqçularımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

Parlamentdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra parlamentin sədri qeyd edib ki, Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı qəbul ediləcək.

AzVision.az

Teqlər:







Xəbər lenti