MDB formatı İrəvan-Bakı problemlərinin həllində faydalı ola bilər

MDB formatı İrəvan-Bakı problemlərinin həllində faydalı ola bilər
  30 Sentyabr 2022    Oxunub:329
Müstəqil Dövlətlər Birliyinin (MDB) formatı İrəvanla Bakı arasında mövcud olan problemlərin həlli üçün faydalı ola bilər.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada MDB-yə üzv ölkələrin xüsusi xidmət orqanları rəhbərlərinin iclasında çıxışı zamanı deyib.

“Ermənistan və Azərbaycan arasında hazırkı durumu həll etmək üçün MDB-nin dəstəyinə ehtiyac yaranıb", - Rusiya XİN başçısı vurğulayıb.

Nazir, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ümumiyyətlə, sərhədlərin normallaşdırılmasına dair sazişlərin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına kömək məqsədilə KTMT müşahidəçilərindən istifadənin mümkünlüyünü də bəyan edib.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti