Azərbaycanda daha bir erkən evliliyin qarşısını alınıb

   Azərbaycanda daha bir erkən evliliyin qarşısını alınıb
  30 Sentyabr 2022    Oxunub:396
30 sentyabr 2022-ci il tarixdə Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb.
Bu barədə AzVision.az -a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdənoğlu deyib. O bildirib ki, Dövlət Komitəsinin əməkdaşı tərəfindən yetkinlik yaşına çatmayan qızın ailəsi ilə əlaqə saxlanılıb, valideyn tərəfindən ailələr arasında ilkin razılaşma olduğu bildirilib.

Yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilib, həmçinin valideynlik məsuliyyəti izah edilib. Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır.

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 176-1.2 Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya dörd ilədək müddətində azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti