Zelenski Putinin danışıqlara çağırışına cavab verib

   Zelenski Putinin danışıqlara çağırışına cavab verib
  30 Sentyabr 2022    Oxunub:400
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıq şərtlərini açıqlayıb. O bildirib ki, Rusiyanın prezidenti dəyişərsə, Kiyev Moskva ilə danışıqlara gedər.
“Ukrayna danışıq səylərində lider olub və olaraq qalır. Rusiyaya bərabər, vicdanlı, layiqli və ədalətli şərtlərlə razılığa gəlməyi həmişə təklif edən bizim dövlətimiz olub.

Aydındır ki, bu hazırki prezidenti ilə bu mümkün deyil. Ona görə də biz Rusiya ilə dialoqa hazırıq, amma başqa prezidenti ilə”, - deyə Zelenski videomüraciətində bildirib.

Rusiya prezidenti Vladimir Putin "KXDR", "LXR", Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələri ilə bağlı Kremldə çıxış edərək bildirib ki, Moskva Kiyevi bütün hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırır.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti