Bayden: ABŞ Ukraynanı keçmiş sərhədləri daxilində tanıyacaq

      Bayden:    ABŞ Ukraynanı keçmiş sərhədləri daxilində tanıyacaq
  30 Sentyabr 2022    Oxunub:393
"ABŞ Ukraynanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərinə həmişə hörmətlə yanaşacaq və bütün ərazilərin qaytarılmasında ona hərbi və diplomatik yardım göstərməyə davam edəcək”. AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
O, sentyabrın 30-da qondarma Donetsk və Luqansk Xalq Respublikalarının, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasını heç bir legitimliyi olmayan akt adlandırıb və Rusiya rəhbərliyini beynəlxalq hüququ və BMT Nizamnaməsini pozmaqda ittiham edib.

"ABŞ Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə həmişə hörmətlə yanaşacaq. Biz Ukraynanın öz ərazisi üzərində nəzarəti bərpa etmək səylərini dəstəkləməyə davam edəcəyik", - Bayden bəyanatında bildirib.

O, 1,1 milyard dollar məbləğində hərbi yardımın ayrılmasını xatırladıb və Ukraynaya dəstək üçün daha 12 milyard dolların ayrılması ilə bağlı Konqresdə baxılan qanun layihəsini imzalamağa hazır olduğunu bildirib.

Amerika lideri bir daha dünya birliyinin bütün üzvlərini Rusiyanın qeyri-qanuni ilhaq cəhdlərini rədd etməyə və lazım olan müddət ərzində Ukrayna xalqını dəstəkləməyə çağırıb.

Şahanə Rəhimli

AzVision.az

Teqlər:







Xəbər lenti