"Bakı ilə sülh müqaviləsi danışıqlarına başlamaq lazımdır" - Paşinyan

"Bakı ilə sülh müqaviləsi danışıqlarına başlamaq lazımdır" -    Paşinyan
  30 Sentyabr 2022    Oxunub:784
"Azərbaycanla sülh müqaviləsinin bağlanması ilə bağlı substantiv danışıqlara başlamaq lazımdır". AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
“Bütün sınaqlardan keçdiyimizə baxmayaraq, Azərbaycanla sülh müqaviləsi ətrafında substantiv danışıqlara başlamaq lazımdır. Biz əldə olunmuş razılaşmalardan imtina etmirik. Xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə görüşəcək və bu görüşdə əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması ilə bağlı danışıqlara başlanmalıdır”,- deyə o bildirib.

Paşinyan danışıqlar masasında hazır sənədin olması ilə bağlı fikirlərin həqiqəti əks edirmədiyini deyib: “Əslində bu gün danışıqlar masasında heç bir sənəd yoxdur, hansısa mətnin əldə olunması arzuolunan olardı. Bu o demək olardı ki, irəliləyiş var, biz, əgər belə demək mümkündürsə, "müəyyən kondisiyaya" çatdırılmış sənəd əldə edə bilərik".

Bundan əvvəl iki ölkənin xarici işlər nazirlərinin oktyabrın 2-də Cenevrədə görüşəcəyi məlum olub.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: Paşinyan  







Xəbər lenti