Paşinyan: Ermənistan KTMT-dən çıxa bilər

      Paşinyan:    Ermənistan KTMT-dən çıxa bilər
  30 Sentyabr 2022    Oxunub:693
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazırlaşması ilə bağlı suala birbaşa cavab verməyib.
O qeyd edib ki, təşkilat da başa düşür ki, Ermənistanda KTMT ilə bağlı ictimai əhval-ruhiyyədə əhəmiyyətli dəyişikliklər baş verib.

"Rusiya və təşkilatın digər üzvləri müttəfiqlik öhdəliklərini yerinə yetirməsələr, biz 2023-cü ilin fevral ayının sonuna kimi KTMT-dən çıxmaq prosesinə başlayacağıq.

Bir söhbət zamanı hətta deyilirdi ki, KTMT daxilində Ermənistanı itirmək qorxusu var. Amma mən belə reaksiya verdim: Ermənistanın özündə də KTMT-ni itirmək qorxusu var... Əslində bu, söz oyunu deyil və bu çox ciddidir”, - deyə o, İctimai Televiziyaya müsahibəsində bildirib.

Baş nazir bəyan edib ki, Ermənistan KTMT-dən yaranmış vəziyyətə aydın siyasi qiymət gözləyir.

"Əvvəllər KTMT tərəfdaşları ilə Ermənistanın təhlükəsizliyi ilə bağlı müzakirələr aparılarkən, İrəvan Ermənistan sərhədinin KTMT üçün qırmızı xətt olduğuna dair aydın təminat aldı".

Paşinyanın sözlərinə görə, ötən il baş vemiş münaqişə ilə bağlı Ermənistan KTMT-yə üz tutanda çox qəribə cavab alıb. Ona bilirilib ki, sərhədin delimitasiyası və demarkasiyası olmayıb.

"Bu cavabın qəribəliyi ondan ibarətdir ki, sual yaranır: o zaman bu bədnam KTMT-nin qırmızı xətti hardan keçir?".

“Ermənistanla Azərbaycan arasında sərhəd yoxdur demək KTMT-nin mövcud olmadığını söyləməyə bərabərdir. Axı, aydın sərhədləri olan təşkilatın məsuliyyət zonası var. Ancaq sərhəd yoxdursa, deməli, məsuliyyət sahəsi də yoxdur, yəni təşkilat yoxdur”, - baş nazir deyib.

O, Rusiya ilə Belarus arasında, Rusiya ilə Azərbaycan arasında sərhədlərin demarkasiyası proseslərinin də yekunlaşmadığına diqqət çəkib.

"Əslində Ermənistanla Azərbaycan arasında sərhəd və koordinatlar da var. Bunlar Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədlərdir".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:







Xəbər lenti