"İran sərhədlə bağlı aydın siyasi mövqe ortaya qoydu"

   "İran sərhədlə bağlı aydın siyasi mövqe ortaya qoydu"
  30 Sentyabr 2022    Oxunub:434
" İran Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı aydın siyasi mövqe bildirib". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, İrəvan Tehranla sıx əməkdaşlığı davam etdirir. Baş nazir xatırladıb ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyası çərçivəsində o, İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparıb, Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə ediblər.

"Bizim çox intensiv təmaslarımız var, işgüzar müzakirələr aparırıq", - Ermənistan hökumətinin başçısı bildirib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti